...

Azərbaycanda bu il 25 min uşaq nikahdan kənar doğulub

Cəmiyyət Materials 28 Noyabr 2014 11:26 (UTC +04:00)
"Azərbaycanda bu il 165 min uşaqdan 25 mini nikahdan kənar doğulub. Ölkədə bağlanan nikahların 11 faizi dağılır. Bu, bizi ciddi düşündürməli, narahat etməlidir".
Azərbaycanda bu il 25 min uşaq nikahdan kənar doğulub

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanda bu il 165 min uşaqdan 25 mini nikahdan kənar doğulub. Ölkədə bağlanan nikahların 11 faizi dağılır. Bu, bizi ciddi düşündürməli, narahat etməlidir". Trend xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda bildirib.

H.Rəcəblinin fikrincə, gənc ailələrin çox zaman böyüklərdən ayrı yaşamaları onlara mənfi təsir edir: "Ağsaqqal, ağbirçək sözü gənc ailələri daim müşayiət etməlidir".

Millət vəkili qeyd edib ki, cəmiyyətin təməli ailədir deyəndə, ailənin təməlinin də qadınlar olduğunu unutmamalıyıq: "Bütün təhsil ocaqlarında qızı gəlin kimi, xanım kimi, oğlanlar kişi kimi, evə çörək gətirən kimi tərbiyə edilib böyüdülməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti