...

Azərbaycanda baytarlıq müəssisələrinin özəlləşdirilməsinə icazə verildi

Cəmiyyət Materials 28 Noyabr 2014 13:18 (UTC +04:00)
Azərbaycanda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə icazə veriləcək.
Azərbaycanda baytarlıq müəssisələrinin özəlləşdirilməsinə icazə verildi

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə icazə veriləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Hazırkı qanuna görə, baytarlıq xidmətləri orqanları özəlləşdirilməsi qadağan olunan dövlət mülkiyyətində saxlanılan dövlət əmlaklarıdır.

Yeni layihədə isə baytarlıq xidməti orqanları özəlləşdirilməsi qadağan olunan dövlət əmlaklarının siyahısından çıxarılıb.

Qeyd edilən qanuna dəyişiklik edilməsində məqsəd "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli fərmanının müvafiq bəndinin icarısını təmin etməkdir. Fərmanda qeyd edilir ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı təkliflər hazırlansın.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti