...

Avstriya polisi İD-ni dəstəkləməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb

Cəmiyyət Materials 29 Noyabr 2014 08:37 (UTC +04:00)
Avstriya polisi İD-ni dəstəkləməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb.
Avstriya polisi İD-ni dəstəkləməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Avstriya polisi İD-ni dəstəkləməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb. Şübhəli şəxslər noyabrın 28-də keçirilən müxtəlif polis əməliyyatları zamanı paytaxt Vyanada, Grats şəhərində və Yuxarı Avstriya əyalətində saxlanılıblar. Trend PressTV-yə istinadən bu barədə məlumat verir.

Axtarış və həbs əməliyyatlarına təxminən 500 polis cəlb olunub. Məlumatda göstərilir ki, axtarış zamanı "terrorizmi təbliğ edən materiallar", nağd pul və kompüterlərdəki məlumatlar müsadirə edilib.

İD sıralarına ən azı 150 avstriyalılar qoşulub, Avstriya Daxili İşlər Nazirliyi xəbər verir.

Xəbər lenti

Xəbər lenti