...

Azərbaycanda hava şəraiti küləkli olacaq

Cəmiyyət Materials 5 Dekabr 2014 13:03 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.
Azərbaycanda hava şəraiti küləkli olacaq

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda hava şəraiti küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 6-da hava dəyişkən buludlu keçəcək, arabir tutulacaq, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Dekabrın 7-də isə yenidən güclənəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam isə ayrı-ayrı qərb rayonlarında yağıntı düşəcək. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti