...

Azərbaycan və İsrail birgə peyk rabitəsi xidmətləri göstərəcəklər

Cəmiyyət Materials 7 Dekabr 2014 11:00 (UTC +04:00)
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC dünyada peyk şəbəkəsi texnologiyaları, həllər və xidmətlər üzrə liderlərdən olan İsrailin "GilatSatellite Networks Ltd." şirkəti ilə müştərilərin tələblərinə cavab verən və geniş tətbiq sahələri olan peyk xidmətləri üçün Sky Edge II-c şəbəkəsinin istifadəsinə dair müqavilə imzalayıblar
Azərbaycan və İsrail birgə peyk rabitəsi xidmətləri göstərəcəklər

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC dünyada peyk şəbəkəsi texnologiyaları, həllər və xidmətlər üzrə liderlərdən olan İsrailin "GilatSatellite Networks Ltd." şirkəti ilə müştərilərin tələblərinə cavab verən və geniş tətbiq sahələri olan peyk xidmətləri üçün Sky Edge II-c şəbəkəsinin istifadəsinə dair müqavilə imzalayıblar. Bu barədə Trend ASC-yə istinadən məlumat verir.

"Gilat"ın baş icraçı direktoru Erez Antebi bildirib: "Biz Azərbaycanın və Mərkəzi Asiya regionunun aparıcı peyk operatoru tərəfindən seçildiyimiz üçün çox şadıq. "Azərkosmos"la birgə müştərilərə, özəl və dövlət sektorundan olan qurumlara yüksək kommunikasiya xidmətlərinin göstərilməsi bizim üçün qürurverici bir haldır".

Qeyd edək ki, "Gilat Satellite Networks Ltd." (NASDAQ, TASE: GILT) peyk əsaslı genişzolaqlı kommunikasiya məhsulları və xidmətləri təklif edən aparıcı şirkətdir. "Gilat" müxtəlif növ yüksək keyfiyyətli yerüstü avadanlıq və VSAT-ların istehsalı və satışını həyata keçirir. Ka-diapazon bazarından olan müştərilər şirkət üçün yüksək əhəmiyyət kəsb edir. Əlavə olaraq, "Gilat" mobil SOTM (Satellite-on-the-Move) həllər, aşağı hündürlüklü antenalar, yeni nəsil tranzistor gücləndiriciləri və modemlər təklif edir. 25 ildən çox təcrübəyə malik və 85-dən çox ölkəyə bir milyondan artıq məhsul ixrac edən "Gilat" müəssisələri, xidmət göstərən şirkətləri və operatorları effektiv və yüksək etibarlı peyk əsaslı rabitə və mobil həllərlə təmin edir.

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti