...

Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı

Cəmiyyət Materials 9 Dekabr 2014 16:28 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ayrılan xidməti minik avtomobillərinin sayı artırılıb.
Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ayrılan xidməti minik avtomobillərinin sayı artırılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarda dəyişikliklər edilib.

Qərara əsasən, ƏƏSMN-ə ayrılan xidməti minik avtomobillərinin sayı 7-yə çatdırılıb.

Hazırda nazirlik üçün ayrılan xidməti minik avtomobillərinin sayı 4-ə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti