...

Sintoptiklərin xəbərdarlığı: Azərbaycanda hava şəraiti dəyişəcək

Cəmiyyət Materials 12 Dekabr 2014 13:13 (UTC +04:00)
Dekabrin 14-dən 16-dək ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi gözlənilir.
Sintoptiklərin xəbərdarlığı: Azərbaycanda hava şəraiti dəyişəcək

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Dekabrin 14-dən 16-dək ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, bu müddətdə respublikanın rayonlarında arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

U.Tağıyeva deyib ki, bu müddətdə hava yağıntılı keçsə də, proses çox kəskin olmayacaq. Həmin müddətdə havanın temperaturu ötən günlərlə müqayisədə yalnız 2-3 dərəcə enəcək. Dekabrın 13-dən 14-ə keçən gecə şimal küləyinin sürəti bir qədər artacaq. Lakin küləyin sürəti yenə də şiddətli həddə çatmayacaq.

Bakıda və Abşeron yarımadasında da dekabrın 14-15-də arabir yağış yağacağı gözlənilir.

Qeyd edilən müddətdə Bakıda gündüz havanın temperaturu 6-8 dərəcə isti təşkil edəcək. Aran rayonlarında isə havanın temperaturu gündüz 8-13 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti