...

Azərbaycanda hansı fənn müəllimlərinin kənd məktəblərində işləməyə marağı artıb?

Cəmiyyət Materials 15 Dekabr 2014 14:24 (UTC +04:00)
Cari ildə kənd məktəblərində böyük ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub.
Azərbaycanda hansı fənn müəllimlərinin kənd məktəblərində işləməyə marağı artıb?

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Cari ildə kənd məktəblərində böyük ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb.

Bu il iş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib. Onlardan 96-sı iş yerini dəyişmək hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti