...

Təhsil naziri Bakı məktəblərindəki təhlükədən danışdı

Cəmiyyət Materials 16 Dekabr 2014 13:24 (UTC +04:00)
Bakı məktəblərində kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya var.
Təhsil naziri Bakı məktəblərindəki təhlükədən danışdı

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı məktəblərində kişi və qadın müəllimlərinin sayı ilə bağlı təhlükəli tendensiya var.

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu tendensiya bu gün yaranmayıb və məsələ nazirliyin diqqətindədir.

M.Cabbarov deyib ki, son illər ərzində müəllimlərin işə qəbulu yalnız bir meyara -peşəkar keyfiyyətlərə əsasən həyata keçirilir: "Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur. Amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq var və bu, bizi narahat edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti