...

FHN-in 16 əməkdaşı xidmətdən xaric edilib

Cəmiyyət Materials 16 Dekabr 2014 16:08 (UTC +04:00)
Nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub.
FHN-in 16 əməkdaşı xidmətdən xaric edilib

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlkin İzzət/

Nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub.

Trend xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə FHN-in Mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib.

Nazirin sözlərinə görə, ötən müddətdə FHN-in bir sıra əməkdaşları barədə intizam tənbehi tədbirləri görülüb: "Bunlardan 16-sı xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbirləri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti