...

Qaradağda FHN işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2014 18:13 (UTC +04:00)
16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.
Qaradağda FHN işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov əvvəlcə 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin strukturunda çalışan işçiləri Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından təbrik edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olunub. Fəaliyyət göstərdiyi 9 il ərzində nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görülüb.

Tədbirin sonunda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılovun adından Fövqəladə Hallar Nazirliyinin rayon ərazisində yerləşən müvafiq qurumlarının əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti