...

"Bakcell" Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayıb

Cəmiyyət Materials 17 Dekabr 2014 18:30 (UTC +04:00)
"Bakcell" şirkəti ölkənin qabaqcıl gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində ƏlfəCIN adlanan intellektual layihəyə start verir.
"Bakcell" Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ölkənin qabaqcıl gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində ƏlfəCIN adlanan intellektual layihəyə start verir.

ƏlfəCIN layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.

ƏlfəCIN layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə "Nə? Harada? Nə zaman?", Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil ediləcək.

14 dekabr 2014-cü il tarixində layihə çərçivəsində ilk yarış olan "Nə? Harada? Nə zaman?" oyunu üzrə Qış Kuboku Xəzər İntellektual Gənclər Klubu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Bakcell-in dəstəyi ilə təşkil olunub. Ölkənin ən güclü 27 komandasının çıxış etdiyi turnirdə 160-dan çox iştirakçı qatılıb. Turnir hərəsində 15 sual olmaqla 5 turdan ibarət olub. Yarış çox maraqlı idman mübarizəsi ilə yadda qaldı. Nəticədə "Strekoza Geyzenberqa" komandası üçüncü, "Leviafan" komandası ikinci, "Vendetta" komandası isə birinci yerə sahib çıxdı.

2015-ci ilin yanvarında baş tutacaq növbəti yarış "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiada olacaq. Turnirdə Azərbaycanın 16 bölgəsindən 1000 nəfərdən çox tələbənin iştirakı gözlənilir. Layihə çərçivəsində təşkil olunacaq digər turnirlər barədə məlumatlar "Bakcell" və Xəzər İntellektual Gənclər Klubunun rəsmi web səhifələrində və sosial media hesablarında yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti