...

Nazim İbrahimov Serbiyanın sabiq prezidenti ilə görüşüb

Cəmiyyət Materials 19 Dekabr 2014 12:38 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Serbiyanın eks-prezidenti Boris Tadiç arasında görüş keçirilib.
Nazim İbrahimov Serbiyanın sabiq prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Serbiyanın eks-prezidenti Boris Tadiç arasında görüş keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti, 2014-cü ildə həyata keçirilmiş layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Əsas diqqət isə 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görülən işlərə və görüşlərə ayrılıb. Bu məqsədlə 2015-ci ilin fevral ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə baş tutacaq "Avropada etimadın bərpa olunması" mövzusunda beynəlxalq konfrans geniş müzakirə olunub. Konfransda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçılarının iştirakı planlaşdırılır.

Nazim İbrahimovla Boris Tadiçin görüşündə həmçinin, Serbiya və Balkanlarda Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, mədəniyyətimizin təbliği, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və ümumiyyətlə, bölgədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycana səfər edən Boris Tadiç 2004-2012-ci illərdə ölkəsinə rəhbərlik edib, hazırda isə Demokrat Partiyasını sədridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti