...

Belə getsə, Bakı dekabrda qar görməyəcək

Cəmiyyət Materials 19 Dekabr 2014 13:05 (UTC +04:00)
Azərbaycanda yağmursuz, mülayim hava şəraiti davam edəcək.
Belə getsə, Bakı dekabrda qar görməyəcək

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yağmursuz, mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 20-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Mülayim hava şəraiti yaxın 2-3 gündə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti