...

Təhsil Nazirliyinin tam orta məktəblərindən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək

Cəmiyyət Materials 19 Dekabr 2014 14:36 (UTC +04:00)
Təhsil Nazirliyinin tabeçiliyində olan tam orta məktəblərdən birinin AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərara alınıb.
Təhsil Nazirliyinin tam orta məktəblərindən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

Təhsil Nazirliyinin tabeçiliyində olan tam orta məktəblərdən birinin AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərara alınıb. Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayının açılışında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, araşdırmalar göstərir ki, təhsilalanlara verilən nəzəri biliklərin yarıdan çoxu onların praktik fəaliyyətlərində istifadə olunmur. Məhz bu səbəbdən maksimum bilikdən optimal biliyə keçid sistemi tətbiq olunmalıdır.

M.Cabbarov deyib ki, bugünkü dünya rəqabət dünyasıdır: "Bizim uşaqlarımızın rəqibləri hazırda dünyanın müxtəlif ölkələrində böyüyürlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti