...

Vasim Məmmədəliyev: Azərbaycanda dini maarifçiliklə bağlı işlərin miqyası genişləndirilməlidir

Cəmiyyət Materials 19 Dekabr 2014 15:18 (UTC +04:00)
Azərbaycanda dini maarifçiliklə bağlı aparılan işlərin miqyası daha da genişləndirilməlidir.
Vasim Məmmədəliyev: Azərbaycanda dini maarifçiliklə bağlı işlərin miqyası genişləndirilməlidir

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda dini maarifçiliklə bağlı aparılan işlərin miqyası daha da genişləndirilməlidir. Trend xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi-Dini Şurasının sədri, akademik, şərqşünas alim Vasim Məmmədəliyev Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İslam elm və təfəkkür dinidir, kimin ondan necə istifadə etməsi isə tamam başqa məsələdir: "Dinlərin hamısının qayəsində insanpərvərlik, vətənpərvərlik durur. Din mənəvi dəyərlərin ən yüksək təzahürlərindən biridir. Din insanı dünya və axirət səadətinə qovuşduran ilahi təlimdir. İslam dininə görə, günahsız insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Günahsız bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək kimidir. Belə bir dindən insanlığa qarşı necə istifadə etmək olar?"

Akademik qeyd edib ki, bəzi qüvvələr ölkədə təxribatla məşğul olur, təcrübəsiz gəncləri yoldan çıxardaraq onları yanlış yollara sövq edirlər: "İslam dinindən siyasi mübarizə vasitəsi kimi istifadə edib hakimiyyətə gəlmək istəyirlər. Xüsusən də gəncləri yoldan çıxarmağa çalışırlar. "Allahdan başqa tanrı yoxdur" ifadəsini deyən adamı kafir adlandıran adamın özü kafirdir. Cavanları yoldan çıxardırlar, müharibələrə cəlb edirlər, müəyyən məbləğlər vəd edirlər. Pulla ələ alırlar. Onların əleyhinə gedənləri də kafir adlandırırlar. Gedib Suriyada, Əfqanıstanda vuruşurlar. Qarabağı qoyub Suriyada niyə vuruşurlar? "İraq Şam İslam dövləti" yaradırlar. Sənin Suriyada nə işin var? İstəsən, gedib Qarabağda partizan kimi də vuruşa bilərsən. Deməli, məsələnin kökündə maddi maraq var. Qadınları, qızları da cürbəcür işlərə təhrik edirlər. Dini onlara təhrif olunmuş şəkildə aşılayırlar. Belələrinə qarşı mübarizə gücləndirilməlidir. Qloballaşan dünyada din amilindən doğru istifadə edilməlidir".

Onun sözlərinə görə, dinlə məşğul olan insanlar, QMİ, Dini Qqurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə fəaliyyət göstərir: "Amma bununla kifayətlənmək olmaz. Bu iş kütləvi şəkildə, bütün cəmiyyət tərəfindən aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti