...

Sabah Bakının bir hissəsi susuz qalacaq

Cəmiyyət Materials 19 Dekabr 2014 15:42 (UTC +04:00)
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Sabah Bakının bir hissəsi susuz qalacaq

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Sabah Bakının bir hissəsi susuz qalacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Böyük Şor gölünün ətraf ərazilərində aparılan tikinti-abadlıq işləri çərçivəsində magistral su xətlərinin köçürülməsi ilə əlaqədar 20 dekabr 2014-cü il tarixdə gün ərzində Saray, Yeni Biləcəri yaşayış massivlərinin, Keşlə qəsəbəsinin, Böyük Şor gölünün ətrafındakı ərazilərin bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti