...

Trend-in müxbiri birinci oldu

Cəmiyyət Materials 19 Dekabr 2014 16:38 (UTC +04:00)
Elektron Hökumət portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin bu ilin oktyabr ayında elan etdiyi “Mənim Elektron Hökumətim” məqalə və videosüjet müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Trend-in müxbiri birinci oldu

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Elektron Hökumət portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin bu ilin oktyabr ayında elan etdiyi "Mənim Elektron Hökumətim" məqalə və videosüjet müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

Trend-in məlumatına görə, tədbirdə bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron xidmətlərin geniş ictimaiyyətə çatdırılması, e-hökumət portalının (e-gov.az) populyarlığını artırmaq, eyni zamanda, elektron xidmətlərin təkmilləşdirilməsində və yeni xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaqdır. Məqalələr mütəxəssislər tərəfindən araşdırılıb və bəzi təkliflər üzərində dəyərləndirmə aparılır.

Müsabiqəyə göndərilmiş 100-ə qədər məlumatdan mövcud qaydalara uyğun olan 48 məqalə və 7 videomaterial münsiflər heyətinə təqdim edilib. Eyni zamanda, müsabiqəyə qatılan materiallar Elektron Hökumət portalında yerləşdirilib və geniş ictimaiyyətin müzakirəsinə verilib.

Məqalələr 150 səhifədən ibarət 300 nüsxədə Elektron Hökumət Bülleteninin xüsusi buraxılışı kimi mətbəədə çap edilib.

Tədbirdə çıxış edən Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda e-hökumət layihələrinin icrasına hələ 1990-cı illərin ortalarından başlanılıb.

Azərbaycanın elektron hökumətin qurulmasında dünya ölkələrinin təcrübələrindən istifadə etdiyini deyən nazir müavini əlavə edib ki, elektron hökumətin qurulması ölkədə yoxsulluğun azaldılması və korrupsiyanın aradan qaldırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsidir: "Elektron hökumətin qurulması prosesi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bunun nəticəsində Azərbaycan elektron hökumətlə bağlı beynəlxalq hesabatlarda mövqeyini ildən-ilə yaxşılaşdırır".

E.Vəlizadə bildirib ki, beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda Azərbaycanın İKT-nin inkişafına görə tutduğu mövqe daim irəliləyir. Azərbaycan bu il BMT-nin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə reytinqində 68-ci yeri tutub. Nazir müavini yeni hesabatda bu yerin daha da irəliləcəyinə ümid etdiyini acıqlayıb.

Daha sonra qaliblər elan edilib. Trend İnformasiya Agentliyinin müxbiri İlhamə İsabalayeva "Mənim elektron hökumətim" yazısı ilə http://az.trend.az/azerbaijan/society/2328976.html) müsabiqədə birinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti