...

Bakıda psixi xəstələrə şəxsiyyət vəsiqələri verilib

Cəmiyyət Materials 19 Dekabr 2014 17:10 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara səyyar şəkildə şəxsiyyət vəsiqələrinin verilməsini işini davam etdirir.
Bakıda psixi xəstələrə şəxsiyyət vəsiqələri verilib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara səyyar şəkildə şəxsiyyət vəsiqələrinin verilməsini işini davam etdirir.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən analoji tədbir, eyni zamanda, dekabrın 19-da Bakı şəhər 1 saylı psixiatriya xəstəxanasında da həyata keçirilib. Xəstəxanada müalicə olunan 82 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.

Bununla yanaşı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Oğuz Rayon Polis Şöbəsinin aidiyyəti xidmət əməkdaşlarının iştirakı ilə rayonun Filfili, Xaçmaz, Böyük Söyüdlü və Xalxal kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. Xidmət zamanı, ümumilikdə, 318 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti