...

QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2014 20:17 (UTC +04:00)
Şura QHT-lər üçün məlumatlandırma sessiyası keçirib
QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov milli QHT-lər üçün 2015-ci il maliyyə müsabiqəsinin mövzusu və şərtləri haqqında iştirakçılara geniş məlumat verib. İcraçı direktor müsabiqə elanının mətni, şərti və qaydaları haqqında Şuranın hər üç saytında (www.cssn.gov.az, www.qhtxeber.az, www.e-qht.az) zəruri məlumatların yayımlandığını qeyd edərək onlarla bağlı fikirlərini açıqlayıb.

Sonra F.Qurbanov QHT təmsilçilərini maraqlandıran çoxsaylı sualları cavablandırıb. Müzakirələrdə layihələrin elektron qeydiyyatı, QHT-lərin reytsterdən çıxarış sənədi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti