...

Azərbaycanda eroziyaya uğrayacaq potensial ərazilər vaxtında aşkar olunacaq

Cəmiyyət Materials 22 Dekabr 2014 17:24 (UTC +04:00)
Azərbaycanda eroziyaya uğrayacaq potensial əraziləri vaxtında aşkar etmək mümkün olacaq.
Azərbaycanda eroziyaya uğrayacaq potensial ərazilər vaxtında aşkar olunacaq

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda eroziyaya uğrayacaq potensial əraziləri vaxtında aşkar etmək mümkün olacaq.

Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutundan Trend-ə verilən məlumata görə, institut əməkdaşları müаsir tехnologiyalardan istifadə etmək, həm stаsiоnаr, həm də kаmеrаl çöl tədqiqаtlаrı aparma nəticəsində Dağlıq Şirvan bölgəsinə daxil olan üç rayon üçün aktual və potensial torpaq eroziya modelləri hazırlayıblar. Bu rayonların 1:50000 miqyasında хəritələri tərtib edilib.

Bu xəritələrin üstünlüyü onun asan və əlverişli olması ilə yanaşı, həm də beynəlxalq standartlara cavab verə bilməsi ilə ölçülür. Bu baxımdan yeni işlənmiş xəritələrdə gələcəkdə eroziya prosesini davamlı olaraq dinamik şəkildə öyrənmək və eroziyaya uğrayacaq potensial əraziləri vaxtında aşkar etməklə müxtəlif tədbirlər planının işlənib hazırlanmasını gerçəkləşdirmək mümkün olacaq.

Gələcəkdə digər rayonlar üçün eroziya xəritələrinin tərtibi ilə bağlı tələb olunan metodikanın da hazırlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti