...

Jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 22 Dekabr 2014 16:51 (UTC +04:00)
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2014-cü ildə KİVDF tərəfindən ayrıca və digər qurumlarla birgə 10 müsabiqə keçirilib. Bu müsabiqələrdə 336 jurnalist mükafatlandırılıb. Sonuncu müsabiqəyə 154 yazı təqdim olunub. Hər istiqamət üzrə ümumilikdə 6 qalib seçilib.

Tədbirdə qeyd edilib ki, KİVDF media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklər edib. Müsabiqə mövzuları jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti