...

Turizm şirkətləri və mehmanxanaların yeni göstəricisi: 700

Cəmiyyət Materials 22 Dekabr 2014 17:51 (UTC +04:00)
Bu il Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-ə yaxın əməkdaşlıq müqavilələri bağlanılıb.
Turizm şirkətləri və mehmanxanaların yeni göstəricisi: 700

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-ə yaxın əməkdaşlıq müqavilələri bağlanılıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytina istinadən xəbər verır ki, 2014-cü ildə nazirlik Türkiyənin İstanbul şəhərində (EMİTT), Almaniyanın Berlin şəhərində (İTB), Rusiyanın Moskva şəhərində (MİTT), Ukraynanın Kiyev şəhərində (UİTT), BƏƏ-nin Dubay şəhərində (ATM), Qazaxıstanın Almatı şəhərində (KİTF), Fransanın Paris şəhərində (Top Resa) və Böyük Britaniyanın London şəhərində (WTM) keçirilmiş beynəlxalq turizm sərgilərində iştirak edib.

İl ərzində Mədəniyyət və Turizm Nazirliyi 13 beynəlxalq turizm sərgisində iştirak edib. Nazirlik tərəfindən təşkil olunan Azərbaycanın regionlarının turizm potensialını əks etdirən milli stendlərdə 74 turizm şirkəti və 32 mehmanxana iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti