...

"İrəli"nin yeni loqosunun mənası açıqlandı

Cəmiyyət Materials 24 Dekabr 2014 12:41 (UTC +04:00)
Trend xəbər verir ki, bu gün "İrəli" İctimai Birliyinin yeni saytı və təşkilatın loqosu təqdim edilib.
"İrəli"nin yeni loqosunun mənası açıqlandı

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlkin İzzət/

"İrəli" İctimai Birliyinin loqosu dəyişdi.

Trend xəbər verir ki, bu gün "İrəli" İctimai Birliyinin yeni saytı və təşkilatın loqosu təqdim edilib.

"İrəli" İB-nin sədri Mirhəsən Seyidov bildirib ki, loqo özündə 2 sonsuzluq işarəsini birləşdirir və təşkilatın Azərbaycanın şimal, cənub, şərq və qərb istiqamətlərindəki bütün gəncləri əhatə etməsi mənasını verir.

Bundan əlavə, loqoda Azərbaycanın dövlətçilik ənənələrinə sadiq olaraq, bayrağımızdakı 3 rəng - mavi, qırmızı, yaşıl, eləcə də dinamik gənclər rəngi olaraq seçilmiş firuzəyi rənglərdən istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti