...

Aeroport şosesində iməcilik (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2014 14:01 (UTC +04:00)
24 dekabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir neçə ərazidə, o cümlədən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.
Aeroport şosesində iməcilik (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

24 dekabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir neçə ərazidə, o cümlədən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən ərazidə yeni ağacların əkilməsi və salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədilə təşkil olunan aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Qeyri-Hökumət Təşkilatları və Kütləvi İnformasiya Vasitələrinin ümumilikdə 1000-dən çox nümayəndəsi iştirak edib.

İməcilikdə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 30 hektar ərazisində yeni ağaclar əkilib, təzə əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib.
Kütləvi İnformasiya Vasitələri və Qeyri-Hökumət Təşkilatları nümayəndələri ilə birgə keçirilən aksiyada ağac əkilməsi, onlara qulluq göstərilməsinin ictimailəşdirilərək təşviq edilməsi və ətraf mühitin mühafizəsinə insanların diqqətinin artırılması işinə töhfə verilmiş olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə ekoloji tarazlığın qorunmasına göstərdiyi xüsusi diqqət nəticəsində yeni yaşıllıqların salınması istiqamətində ciddi irəliləyişə nail olunub. Ölkə başçısının tapşırığı əsasında son bir neçə ildə magistral avtomobil yollarının kənarlarında, Bakı və Bakı ətrafındakı arid ərazilərdə, o cümlədən iməciliyin keçirildiyi Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu ətrafında milyonlarla ağac əkilib. Əkinlərin müasir metodlarla becərilməsi, damcılı suvarma ilə təchiz olunması və daim onlara aqrotexniki qulluq göstərilməsi nəticəsində 80-90 faiz bitiş alınmasına müvəffəq olunub. Bunun bir nümunəsi də elə iməciliyin keçirildiyi ərazidir ki, bir neçə il bundan qabaq salınıb və artıq bar verən zeytunlarla dolu meşəliyə bənzəyən nəhəng bir əraziyə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti