...

Breyn-rinq intellektual yarışının 2014-cü il üzrə çempionu müəyyənləşib

Cəmiyyət Materials 26 Dekabr 2014 09:29 (UTC +04:00)
Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, yarışın 2014-cü ildə keçirilən son oyununda Azərbaycan İntellektual Klublar Assosiasiyası kubokunun qalibi “Kapital bank” ilə “Bilik kuboku”nun sahibi “Romantik” mübarizə aparıblar.
Breyn-rinq intellektual yarışının 2014-cü il üzrə çempionu müəyyənləşib

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Breyn-rinq intellektual yarışının 2014-cü il üzrə çempionu müəyyənləşib.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, yarışın 2014-cü ildə keçirilən son oyununda Azərbaycan İntellektual Klublar Assosiasiyası kubokunun qalibi "Kapital bank" ilə "Bilik kuboku"nun sahibi "Romantik" mübarizə aparıblar.

Oyun komandalardan birinin 3 xal toplamasına qədər davam edib. İlin qalibi adı uğrunda mübarizə aparan rəqiblər bir-birinə ciddi müqavimət göstəriblər. Nəticədə ikinci və dördüncü görüşlərdən sonra hesab bərabərləşib: 1:1 və 2:2.

Qalibi myəyyənləşdirmək üçün bir sualdan ibarət beşinci görüş keçirilib. Həmin sualı daha tez cavablandıran "Kapital bank" komandası breyn-rinq üzrə 2014-cü ilin Azərbaycan çempionu olub. Qalib komandaya medallar təqdim edilib.

Breyn-rinq intellektual yarışı Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq, gənclərin yaradıcı və intellektual inkişafına təkan vermək, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti