...

Müraciətlərin bir çoxu yerindəcə həllini tapdı

Cəmiyyət Materials 26 Dekabr 2014 17:45 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı şəhərində vətəndaşları qəbul edib.
Müraciətlərin bir çoxu yerindəcə həllini tapdı

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı şəhərində vətəndaşları qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı şəhərində Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı müraciət etmiş 152 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti