...

Yol polisi bəzi avtomobillərin paytaxta daxil olmasına qadağa qoydu

Cəmiyyət Materials 29 Dekabr 2014 10:12 (UTC +04:00)
Bayram günlərində paytaxta daxil olan yük avtomobillərinin sürücüləri məsuliyyətə cəlb ediləcəklər.
Yol polisi bəzi avtomobillərin paytaxta daxil olmasına qadağa qoydu

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bayram günlərində paytaxta daxil olan yük avtomobillərinin sürücüləri məsuliyyətə cəlb ediləcəklər.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, "31 ekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasibəti ilə 31 dekabr 2014-cü il - 4 yanvar 2015-ci il tarixlərinin istirahət günü olması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib. İdarə bir daha onların nəzərinə çatdırır ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 8:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar: "Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutlmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti