...

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 33 uşaq bioloji ailələrinə qaytarılıb

Cəmiyyət Materials 30 Dekabr 2014 12:25 (UTC +04:00)
Bu il Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 33 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 33 uşaq bioloji ailələrinə qaytarılıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 33 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bu il Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 nəfər uşaq övladlığa verilib. Hazırda 4 uşağın övladlığa götürülməsi ilə bağlı məsələyə aidiyyəti üzrə rayon məhkəmələrində baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti