...

Əfv sərəncamının icrası başa çatdı

Cəmiyyət Materials 30 Dekabr 2014 16:16 (UTC +04:00)
Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamının penitensiar müəssisələr üzrə icrası başa çatıb.
Əfv sərəncamının icrası başa çatdı

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamının penitensiar müəssisələr üzrə icrası başa çatıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu gün saat 15:00-dək əfv sərəncamının şamil edildiyi bütün məhkumlar azadlığa buraxılıblar.

Sərəncamın icrası nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsindən (CM) 8, 4 saylı cəzaçəkmə müəssisəsindən 2, 5 saylı cəzaçəkmə müəssisəsindən 1, 6 saylı CM-dən 10, 7 saylı CM-dən 1, 10 saylı CM-dən 5, 11 saylı CM-dən 1, 12 saylı CM-dən 1, 13 saylı CM-dən 9, 14 saylı CM-dən 5, 16 saylı CM-dən 3, 17 saylı CM-dən 6, Müalicə müəssisəsindən 3, Şəki Penitensiar müəssisəsindən 11, eləcə də Bakı İstintaq təcridxanasından 2, 3 saylı istintaq təcridxanasından 1, 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən (MTCM) 2, 3 saylı MTCM-dən 1, 4 saylı MTCM-dən 1, 5 saylı MTCM-dən 2, 7 saylı MTCM-dən 1 və 10 saylı MTCM-dən 3 məhkum azadlığa çıxıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncama əsasən ümumilikdə 87 nəfər əfv olunub. Onlardan 79 nəfəri azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimə cəzasından azad edilib. Azadlığa buraxılanlardan 2 nəfəri qadın, eləcə də 1 nəfəri Türkiyə vətəndaşı olub.

Əfv olunanlar arasında "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, "Nida" Vətəndaş Hərəkatının İdarə heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti