...

Peyntbol üzrə "Yeni il yarışması" (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2015 10:00 (UTC +04:00)
Bu günlərdə Bakı şəhəri, “Af Hotel Novxanı”da yerləşən “AF Peyntbol Mərkəzi”ndə Milli Olimpiya Komitəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Sport Service Company” dəstəyi ilə mətbuat nümayəndələri, estradamızın ulduzları, aktyor və rejissorlar arasında peyntbol üzrə “Yeni il yarışması” keçirilmişdir.
Peyntbol üzrə "Yeni il yarışması" (FOTO)

Bu günlərdə Bakı şəhəri, "Af Hotel Novxanı"da yerləşən "AF Peyntbol Mərkəzi"ndə Milli Olimpiya Komitəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və "Sport Service Company" dəstəyi ilə mətbuat nümayəndələri, estradamızın ulduzları, aktyor və rejissorlar arasında peyntbol üzrə "Yeni il yarışması" keçirilmişdir.

Hər komandada 4 nəfər olmaqla, yarışmada 4 komanda iştirak etmişdir. Yarışma çox dinamik, rəngarəng və şən keçmişdir. Rejissor Samir Kərimoğlunun kapitanlıq etdiyi "Xoxan" komandası finala yüksəldikdən sonra komanda iştirakçıları arasında 1, 2 və 3-cü yerləri təyin etmək üçün "duel" keçirilmişdir. Nəticədə 3-cü yerə məddah Ceyhun Müəzzin, 2-ci yerə "Xoxan" filminin aktrisası Nərgiz Zamir layiq görülmüşdür. Yarışmanın qalibi isə meyxana ustadı Elşən Xəzər olmuşdur. Komandanın kapitanı dueldə qalib ola bilməsədə, təşkilatçılar tərəfindən yarışmanın ən aktiv oyunçusu adına layiq görülmüşdür.

Qaliblər yarışmanın təşkilatçıları və sponsorlar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Dövlət rəsmiləri, yerli və xarici iş adamlarının iştirak etdiyi yarışmanın təltifetmə mərasimindən sonra estradamızın ulduzlarının iştirakı ilə şou-proqram keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti