...

Azərbaycanda qanunsuz ov edənlərin aqibəti

Cəmiyyət Materials 9 Yanvar 2015 15:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edən bir neçə şəxsi cərimələyib.
Azərbaycanda qanunsuz ov edənlərin aqibəti

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edən bir neçə şəxsi cərimələyib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Qaradağ rayonu ərazisində keçirilmiş reyd zamanı Bakı-Ələt yolunun 29-cu kilometrliyində ov edən Bakı şəhər sakinləri İbrahim Rəsulov, Sabir Nəcəfov və Fazil Məmmədov saxlanılıb. Onlardan 3 ov tüfəngi, 10 patron götürülərək qanun pozucuları barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib və təqsirkar şəxslərin hər biri 1000 manat məbləğində cərimə olunub.

Binəqədi rayonu ərazisində keçirilmiş reyd zamanı gölün qırağında ov edən Bakı şəhər sakini Seyfəddin Xəlilov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq, qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.

Şabran rayonu, Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı ovla məşğul olan Şabran şəhər sakini Azad Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Yevlax rayon Xanabad kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən 3 naməlum şəxs saxlanılaraq onlardan 3 ov tüfəngi, 3 patron və 2 ördək götürülərək faktla bağlı qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbəsinə müraciət edilib.

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti