...

Azərbaycan Qırğızıstana 5 yanğınsöndürən maşın verdi

Cəmiyyət Materials 23 Yanvar 2015 18:51 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə texniki yardım göstərib.
Azərbaycan Qırğızıstana 5 yanğınsöndürən maşın verdi

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə texniki yardım göstərib.

Trend Azərbaycan FHN-in saytına istinadən məlumat verir ki, 30 mart 2012-ci il tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş" əsasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğızıstan FHN-ə texniki yardım çərçivəsində 5 ədəd "AÇ-40(130)63B" markalı yanğınsöndürən maşın verilib.

Əldə edilmiş razılığa uyğun olaraq, daha 5 ədəd yanğınsöndürən maşının göndərilməsi üçün hazırlıq işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti