...

Azərbaycan sinoptiklərindən soyuq hava proqnozu

Cəmiyyət Materials 26 Yanvar 2015 12:34 (UTC +04:00)
Azərbaycan sinoptikləri yağıntılı hava şəraiti vəd edirlər.
Azərbaycan sinoptiklərindən soyuq hava proqnozu

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri yağıntılı hava şəraiti vəd edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava bəzi yerlərdə yağıntılı olacaq, günün ikinci yarısında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində hava əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Şərq küləyi əsəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti