...

Həbsxanada uşaq dünyaya gətirən məhkum qadın: "Hər şey öz istəyimlə olub"

Cəmiyyət Materials 26 Yanvar 2015 13:00 (UTC +04:00)
Milli Preventiv Qrupun üzvləri 4 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.
Həbsxanada uşaq dünyaya gətirən məhkum qadın: "Hər şey öz istəyimlə olub"

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

Milli Preventiv Qrupun üzvləri 4 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olmuşlar. MPQ tərəfindən bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər.

Lamiyə Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib. Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatçılığının olmadığını söyləyib.

Qeyd olunmalıdır ki, L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.

Hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti