...

Azərbaycanda korrupsiya hüquqpozmaları ilə əlaqədar 41 polis əməkdaşı xidmətdən xaric edilib

Cəmiyyət Materials 27 Yanvar 2015 19:28 (UTC +04:00)
Azərbaycanda korrupsiya hüquqpozmaları ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş 85 polis əməkdaşından 41-i xidmətdən xaric edilib.
Azərbaycanda korrupsiya hüquqpozmaları ilə əlaqədar 41 polis əməkdaşı xidmətdən xaric edilib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda korrupsiya hüquqpozmaları ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş 85 polis əməkdaşından 41-i xidmətdən xaric edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə yanvarın 27-də DİN-də 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də tələbkarlıqla yanaşılıb. Nəticədə, insan hüquqlarının pozulması hallarına yol vermiş əməkdaşların sayı 4 faiz, o cümlədən əsassız saxlamalar 11,4 fazi azalıb, döymə, işgəncə vermə, qanunsuz axtarış aparma halları qeydə alınmayıb.

İnsan hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayətlər hərtərəfli və obyektiv araşdırılaraq təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarla kobud rəftara görə 133, əsassız saxlamaya görə 31, əsassız polisə gətirməklə bağlı 38 fakt üzrə 343 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb.

Eyni zamanda, korrupsiya hüquqpozmaları ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş 85 əməkdaşdan 41-i xidmətdən xaric edilib, 28-i aşağı vəzifəyə keçirilib, 16-ı barədə digər tənbeh növləri tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti