...

Azərbaycanda nikaha girənlərin arayış vermə vaxtı dəyişdirildi

Cəmiyyət Materials 28 Yanvar 2015 12:18 (UTC +04:00)
Azərbaycanda Ailə Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minmə tarixi dəyişdirilir.
Azərbaycanda nikaha girənlərin arayış vermə vaxtı dəyişdirildi

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda Ailə Məcəlləsinə edilən yeni dəyişikliklərin qüvvəyə minmə tarixi dəyişdirilir.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində "yanvarın 1-dən" sözləri, "iyunun 1-dən" sözləri ilə əvəz edilir.

Qeyd edək ki, Ailə Məcəlləsinə edilən dəyişikliklərdə Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti