...

ABŞ-ın qurumu Azərbaycanda nümayəndəlik açır

Cəmiyyət Materials 1 Fevral 2015 13:15 (UTC +04:00)
ABŞ-ın IBM korporasiyası Azərbaycanda rəsmi nümayəndəlik açmağa hazırlaşır.
ABŞ-ın qurumu Azərbaycanda nümayəndəlik açır

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

ABŞ-ın IBM korporasiyası Azərbaycanda rəsmi nümayəndəlik açmağa hazırlaşır. Bunu Trend-ə IBM-in Azərbaycanda biznesin inkişafı üzrə mütəxəssisi İsmayıl Əliyev deyib.

Onun sözlərinə görə, nümayəndəliyin açılması martın əvvəlinə planlaşdırılıb. Azərbaycanda biznesin genişləndirilməsi şirkətin prioritet planlarına daxildir.

İ.Əliyev qeyd edib ki, IBM şirkətinin mütəxəssisləri Azərbaycanda servis xidməti və texniki dəstək göstərirlər: "Nümayəndəliyin vəzifəsi şirkətin yerli bazarda təklif edə biləcəyi məhsul çeşidinin genişləndirilməsindən ibarətdir. Bu, proqram-aparat sistemləri, proqram həlləri, analitik sistemlər, mobil sistemlər və "bulud" hesablama texnologiyalarıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti