...

Azərbaycan Universitetinin yeni rektoru haqqında bilmədiklərimiz

Cəmiyyət Materials 28 Yanvar 2015 16:18 (UTC +04:00)
Azərbaycan Universitetinə yeni rektor təyin olunub.
Azərbaycan Universitetinin yeni rektoru haqqında bilmədiklərimiz

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Universitetinə yeni rektor təyin olunub.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollektivə təqdim olunan yeni rektor Fərid Əhmədov vəzifəsinin icrasına başlayıb.

F.Əhmədovun 35 yaşı var və o, dünyanın ən mötəbər universitetlərindən sayılan Oksford Universitetində hüquq üzrə doktorluq dissertasiyası müdafiə edən yeganə azərbaycanlıdır. F.Əhmədov, eyni zamanda, 2009-2011-ci illərdə Oksford Universitetində müxtəlif ölkələrdən olan diplomatlara və dövlət qulluqçularına beynəlxalq hüquq fənni üzrə mühazirə oxuyub.

2002-ci ildə həm Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini, həm də 2003-cü ildə Böyük Britaniyanın "British Chevening təqaüdü" ilə təhsil aldığı "Essex" Universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2011-ci ildən rektor təyin olunduğu tarixədək "ADA" Universitetində, ondan əvvəl isə Milli Məclisdə və Konstitusiya Məhkəməsində çalışıb.

Evlidir, üç övladı var.

Qeyd edək ki, keçmiş rektor Eldar Qəhrəmanov səhhətində yaranan problemlər səbəbindən öz ərizəsi ilə vəzifəsindən istefa edib. O, bu vəzifəni 1 may 2012-ci il tarixindən icra edirdi. E.Qəhrəmanov hazırda İnzibati idarəetmə kafedrasının müdiridir.

Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub və Azərbaycanın ilk özəl universitetidir. Universitetinin məzunları sırasında Milli Məclis sədrinin müavini Bahar Muradovanı, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu, təhsil nazirinin müavini Ceyhun Bayramovu, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevi və digər tanınmış şəxsləri qeyd etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti