...

Azərbaycanda alimlərin jurnalının yeni tərkibi təsdiqləndi

Cəmiyyət Materials 28 Yanvar 2015 16:33 (UTC +04:00)
Azərbaycanda alimlər üçün nəzərdə tutulmuş elmi jurnalın yeni tərkibi təsdiqlənib.
Azərbaycanda alimlərin jurnalının yeni tərkibi təsdiqləndi

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda alimlər üçün nəzərdə tutulmuş elmi jurnalın yeni tərkibi təsdiqlənib.

Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanda elmin informasiya təminatını inkişaf etdirmək, elmi ictimaiyyətin elm və innovasiyalar sahəsindəki informasiya mübadiləsini gücləndirmək məqsədilə Humanitar və İctimai Elmlər Bölməsinin qərarı ilə "AMEA-nın Xəbərləri. Elm və İnnovasiya seriyası" adlı elmi jurnalın yeni tərkibi təsdiq edilib. Jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.

Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Qazaxstanın 21 tanınmış aliminin redaksiya heyətinə üzv olduğu bu elmi jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında təsdiq edilmiş "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxil edilib. Elmi jurnal üç ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti