...

TQDK sədri təhsillə bağlı qanunvericiliyə dəyişiklikdən danışdı

Cəmiyyət Materials 29 Yanvar 2015 12:50 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elmi-tədqiqat müəssisələrinə magistratura səviyyəsi üzrə qəbulun aparılması üçün "Təhsil haqqında" qanunda müəyyən dəyişiklik edilməlidir.
TQDK sədri təhsillə bağlı qanunvericiliyə dəyişiklikdən danışdı

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elmi-tədqiqat müəssisələrinə magistratura səviyyəsi üzrə qəbulun aparılması üçün "Təhsil haqqında" qanunda müəyyən dəyişiklik edilməlidir.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, TQDK AMEA-nın magistratura səviyyəsi üzrə qəbul aparması üçün texniki ve metodiki kömək göstərir: "Lakin burada hüquqi məsələlər var. Hüquqi baxımdan müəyyən dəyişikliklər olmalıdır. Bu isə bizdən asılı deyil. Hətta "Təhsil haqqında" qanunda müəyyən dəyişiklik olmalıdır. Çünki "Təhsil haqqında" qanunda yazılıb ki, magitraturanı yalnız təhsil müəssisələri apara bilər. Elmi müəssisələrin magistraturası ilə bağlı bu qanunda heç bir müddəa yoxdur. Bu dəyişikliklər baş tutandan sonra təbii ki, qəbul aparılacaq".

M.Abbaszadə qeyd edib ki, AMEA müəssisələrinə magistratura səviyyəsi üzrə qəbulun aparılması tarixi onlardan asılı deyil: "Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edən şəxs üçün fərqi yoxdur ki, plan yerləri verilib, ya yox. Ancaq kimsə akademiyada magistratura oxumaq istəyirsə, onlara məsləhət görərdim ki, mütləq ərizə versinlər və onlar I mərhələdə iştirak etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti