...

"Azərbaycanda missionerlik fəaliyyəti ilə mübarizə metodları"

Cəmiyyət Materials 29 Yanvar 2015 20:09 (UTC +04:00)
Bu gün Azərbaycan Respublkası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dini tolerantlıq mövzusunda maarifləndirmə tədbirlərinin davamı olaraq “Azərbaycanda missionerlik fəaliyyəti ilə mübarizə metodları” mövzusunda növbəti tədbir keçirilib.
"Azərbaycanda missionerlik fəaliyyəti ilə mübarizə metodları"

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycan Respublkası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dini tolerantlıq mövzusunda maarifləndirmə tədbirlərinin davamı olaraq "Azərbaycanda missionerlik fəaliyyəti ilə mübarizə metodları" mövzusunda növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkonik-leytenantı Hikmət Eyvazov bütün səmavi dinlərin əsasının sülh və ədalət prinsipləri təşkil etdiyini, tolerantlığın gündən-günə möhkəmlənən ölkəmizdə bu sahədə maarifləndirmə işinin, milli və dini münasibətləri tənzimləyən qanunların tələblərinin həyata keçirilməsi istiqamətində digər dövlət, hüquq-mühafizə orqanları kimi DİN tərəfindən də müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizənin aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkli, gücləndirilməsi və genişləndirilməsində tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq hər kəs vətəndaş mövqeyini nümayiş etdirməlidir.

Tədbirdə dinləyicilərin sualları cavablandırılıb və onlara müvafiq ədəbiyyatlar paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti