...

Kamal Abdullayev: Azərbaycandan xəbərdar olsaydılar...

Cəmiyyət Materials 30 Yanvar 2015 12:27 (UTC +04:00)
"Dünya ictimaiyyəti Azərbaycan multikulturalizmindən xəbərdar olub, bu təcrübəni öyrənsəydilər, bəlkə də Avropa ölkələrinin başına son zamanlar şahidi olduğumuz bəlalar gəlməzdi".
Kamal Abdullayev: Azərbaycandan xəbərdar olsaydılar...

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/

"Dünya ictimaiyyəti Azərbaycan multikulturalizmindən xəbərdar olub, bu təcrübəni öyrənsəydilər, bəlkə də Avropa ölkələrinin başına son zamanlar şahidi olduğumuz bəlalar gəlməzdi". Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bu gün jurnalistlərə açıqlamasında bildirib.

K.Abdullayev qeyd edib ki, xarici ölkələrdən gələn qonaqlar, bu barədə məlumatı olanlar Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir-birinə olan münasibətini gördükdə təəccüb edirlər: "Bu, məmnunluqdan doğan təəccübdür. Onlar tez-tez sual verirlər ki, necə olur Azərbaycanda müsəlman dini lideri ilə katolik, pravoslav, yəhudi dini liderləri bir-birilə mehriban münasibətdə yaşayırlar? Əslində bu sualın cavabı var. Cavab oldur ki, Prezident İlham Əliyev bütün bu dini konfessiyalara, milli-dini icmaların nümayəndələrinə eyni gözlə, bərabər siyasi münasibətlə yanaşır. Onlar da bir-birinə münasibətini bu siyasi bərabərhüquqluluğun əsasında qura bilirlər. Deməli, hər şeyin əsasını Prezident İlham Əliyevin qurduğu siyasət, eləcə də ulu öndər Heydər Əliyevin relsə qoyduğu siyasi-ictimai xətlər müəyyənləşdirir".

Dövlət müşaviri əlavə edib ki, "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200" beynəlxalq kollokviumunun keçirilməsi ilə faktiki olaraq öz fəaliyyətinə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanın multikulturalizm təcrübəsinin təşviq edilməsi ilə bağlı çox geniş planları var: "Mərkəz qarşısına xarici ölkələrdəki universitetlərdə, müxtəlif qurumlarda Azərbaycan multikultural təcrübəsini öyrənmək, təhlil və təşviq etmək kimi bir sıra məqsədlər qoyub. Güman edirəm ki, müxtəlif dünya, eyni zamanda, Azərbaycan universitetlərində, qurumlarında biz multikulturalizmin Azərbaycan təcrübəsini təqdim edə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti