...

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 1 Fevral 2015 13:50 (UTC +04:00)
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, 8-13 m/s cənub küləyi əsəcək, arabir 16-18 m/s-yə çatacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti