...

Bakıda Dənizkənarı Bulvarda ödəmə aparatları niyə yoxdur?

Cəmiyyət Materials 4 Fevral 2015 11:39 (UTC +04:00)
Trend-ə müraciət edən bəzi oxucular Bakının Dənizkənarı Milli Parkında ödəmə aparatlarının (paypoint) olmamasının onlar üçün müəyyən narahatlıqlar yaratdığını bildiriblər.
Bakıda Dənizkənarı Bulvarda ödəmə aparatları niyə yoxdur?

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Trend-ə müraciət edən bəzi oxucular Bakının Dənizkənarı Milli Parkında ödəmə aparatlarının (paypoint) olmamasının onlar üçün müəyyən narahatlıqlar yaratdığını bildiriblər.

Bununla bağlı Trend-in sorğusunu cavablandıran Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, yaxın müddətdə Dənizkənarı Milli Parkın ərazisində ödəmə aparatlarının quraşdırılması nəzərə tutulmur: "Qayda-qanunla bulvara gələnlər yəqin ki, adətən yeraltı keçidlərdən keçirlər. Həmin yeraltı keçidlərdə isə ödəmə aparatları var və vətəndaşlar bulvara gələrkən və ya gedərkən orada ödənişlərini edə bilirlər. Mən burada heç bir problem görmürəm".

N.Məcidovun fikrincə, hazırda Dənizkənarı Milli Parkın ərazisində ödəmə aparatlarının qoyulmasına böyük ehtiyac yoxdur: "Əlbəttə ki, biz bulvarda insanların rahatlığı və istirahəti üçün hər cür şərait yaradırıq. Hazırda bulvar ərazisində bankomatlar var. Amma ödəmə aparatlarının quraşdırılmasına hələlik ciddi ehtiyac duyulmur. Bulvara gələn əsasən gəzmək, istirahət məqsədilə gəlir. Amma kimsə nəsə ödəniş etmək istəyirsə, bunu yeraltı keçidlərdə və ya digər yerlərdə edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti