...

Bələdiyyə qulluğuna qəbul qaydaları dəyişdirilir

Cəmiyyət Materials 5 Fevral 2015 13:19 (UTC +04:00)
Vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilir.
Bələdiyyə qulluğuna qəbul qaydaları dəyişdirilir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilir. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanunun 5-ci maddəsinin ikinci hissəsində "bələdiyyənin sədri birbaşa təyin edir" sözləri "bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir" sözləri ilə əvəz edilib.

Komitə sədri Arif Rəhimzadə qeyd edib ki, indiyə qədər bələdiyyə qulluğuna işçiləri bələdiyyənin sədri qəbul edirdi: "Düzəlişə görə, seçki komissiyası yaradılır və bu seçki komissiyasının müsbət qərarı olandan sonra bələdiyyə sədri o şəxsləri bələdiyyə qulluqçusu kimi işə götürə bilər".

A.Rəhimzadə qeyd edib ki, bu düzəliş bələdiyyələrdə şəffaflığın artırılmasını və bələdiyyələrlə seçicilər arasında əlaqələrin daha da möhkəmləndirilməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti