...

Bu yeni sözləri dilimizdə işlədə biləcəyik

Cəmiyyət Materials 9 Fevral 2015 16:47 (UTC +04:00)
Azərbaycan dilinə daxil ediləcək yeni sözlərin lüğəti hazırlanır.
Bu yeni sözləri dilimizdə işlədə biləcəyik

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan dilinə daxil ediləcək yeni sözlərin lüğəti hazırlanır.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə deyib ki, artıq mütəxəssislər tərəfindən 1271 yeni söz müəyyənləşdirilib: "Yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər hazırda da davam etdirilir. Yeni sözlər arasında informasiya texnologiyaları sahəsinə aid olan sözlər çoxluq təşkil edir. Yeni sözlər "Veboman", "Verilənlər bazası", "Vestübel", "Vibrasiya ilə sıxlaşdırma", "Vibrasiya söndürən", "Vizual nəzarət", "Kidneppinq", "Kleym" və s-dir. Burada bu sözlərin hər biri anlayışı bildirir. Yeni sözlərin bəziləri dilimizdə tamam başqa mənalarda işlədilir. Burada isə bu sözlər yeni anlayışda təqdim edilir. Məsələn, "veboman" sözü internet konfransları və çatların iştirakçısı, internet nəşrlərinin müəllifi mənalarında təqdim edilir".

S.Sadıqova bildirib ki, bu sözlər indiyədək nə Azərbaycan dilinin orfoqrafiya, nə də izahlı lüğətlərinə daxil edilməyib. Yeni sözlərin müəyyənləşdirilməsi başa çatdıqdan sonra onların gələcəkdə hazırlanacaq orfoqrafiya lüğətlərinə daxil edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti