...

Bakıda hava şaxtalı və yağıntılı olacaq

Cəmiyyət Materials 18 Fevral 2015 12:33 (UTC +04:00)
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.
Bakıda hava şaxtalı və yağıntılı olacaq

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan ərazisində hava şaxtalı və yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və axşam yağıntının sulu qar və qarla qarışıq yağması gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz tədricən cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntının kəsiləcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlıq ərazilərdə gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti