...

Azərbaycanda fəaliyyət göstərən müəssisələr üçün daha bir öhdəlik

Cəmiyyət Materials 18 Fevral 2015 16:19 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən müəssisələr üçün daha bir öhdəlik qoyulur.
Azərbaycanda fəaliyyət göstərən müəssisələr üçün daha bir öhdəlik

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda fəaliyyət göstərən müəssisələr üçün daha bir öhdəlik qoyulur.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Elm haqqında" yeni qanun layihəsinə əsasən, Azərbaycanda təşkilatı-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, fəaliyyət göstərən hüquqi şəxslər (dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar istisna olmaqla) illik mənfəətlərinin 0,1 faizi həcmində Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişafı Fonduna vəsait ayıracaqlar. Layihənin bu maddənin gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulur.

Layihəyə əsasən, elmi məhsul və xidmətlərin qiymətləri onların innovativliyi və fərdiliyinə əsaslanır. Bu səbəbdən həmin məhsullar və xidmətlər xüsusi olaraq müəyyənləşdirilən qiymətqoyma və vergiqoyma rejiminə aid edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti