...

Azərbaycanda ödənişli informasiyanın verilməsi zamanı bəzi şəxslərə güzəştlər ediləcək

Cəmiyyət Materials 19 Fevral 2015 09:51 (UTC +04:00)
Azərbaycanda ödənişli informasiyanın verilməsi zamanı bəzi şəxslərə güzəştlər ediləcək.
Azərbaycanda ödənişli informasiyanın verilməsi zamanı bəzi şəxslərə güzəştlər ediləcək

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ödənişli informasiyanın verilməsi zamanı bəzi şəxslərə güzəştlər ediləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri"ndə dəyişiklik edilib.

Həmin dəyişikliklərə əsasən, ödənişli informasiyanın verilməsi zamanı bəzi şəxslərə - elmi və pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə güzəştlər edilir.

İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilən güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Bu zaman güzəştin həcmi informasiyanın hazırlanması və verilməsi üçün çəkilən xərclərin 50 faizindən az olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti